Lufthansa işçiləri bu gündən tətilə başlayırlar

Almaniyanın Lufthansa hava yolları şirkətində çalışan ekipaj üzvləri pensiyaçıların təqaüdlərini yaxşılaşdırmaq tələbi ilə bu gündən tətilə başlayırlar.

363839
Lufthansa işçiləri bu gündən tətilə başlayırlar

"Azad Ekipaj üzvləri Qrupu" Həmkarlar İttifaqının sədri Nikolay Baublies Lufthansa şirkətinin qrupun irǝli sürdüyü şərtləri qǝbul etmǝdiyini bildirib.
Hava yolları şirkəti ilə keçirilən görüşün bir neçə dəqiqə çəkdiyini deyən Baublies bildirib ki, bu gün başlayacaqları tətilin qarşısını almaq üçün hər hansı bir variant qalmayıb.
Baublies Lufthansa şirkətinin artıq işləyənlərin ehtiyaclarını ödəyəcək durumda olmadığını önə çəkib.
Bir həftə davam edəcək tətilə bu gün başlayacaqlarını açıqlayan Baublies müştəriləri nəzərə alaraq yerli vaxtla saat 12-yə qədər prosesin başlamayacağını ifadə edib.
Baublies tətilin hansı şəkildə davam etdiriləcəyini də bu gün açıqlayacaqlarını bildirib.
Həmkarlar İttifaqı Lufthansa şirkətinə tələblərinə cavab vermək üçün dünən yerli vaxtla saat 17-yə qədər zaman vermişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr