Əl Sisinin İngiltərəyə səfəri etirazlarla qarşılanıb

Sisinin London səfəri görüşlərdən daha çox etirazlarla yadda qalıb.

363841
Əl Sisinin İngiltərəyə səfəri etirazlarla qarşılanıb

Misirin 2013-cü ildə hərbi çevriliş bahasına hakimiyyətə gələn lideri Әbdülfəttah əl Sisinin İngiltərəyə səfəri etirazlarla qarşılanıb.
Sisinin London səfəri görüşlərdən daha çox etirazlarla yadda qalıb.
Etirazçılar çevrilişçi lider Sisi ilə yanaşı onu qəbul edən İngiltərənin baş naziri Devid Kemeron əleyhinə də şüarlar səsləndiriblər.
Hökumət binası önünə toplaşan 200-ə yaxın aksiya iştirakçısı Sisini diktatorluqda günahladırıblar.
Aksiyalar zamanı polis bəzi etirazçıları saxlayıb.
Sisinin İngiltərə səfərinə siyasətçilər də etiraz ediblər.
İngiltərə İşçi Partiyasının lideri Ceremi Korbin baş nazir Devid Kemeronun Sisini İngiltərəyə dəvət etməsini qınayıb.
Korbin demokratiyası yeniden təsis edilənə qədər Mısırə silah embarqosu tǝtbiq edilmǝsini bildirib.
Sisinin London səfərinin ləğvi üçün 50-yə qədər millət vəkili imza toplayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr