İraqda vəba epidemiyası nəzarətdən çıxdı

İraqda uzun müddətdir davam edən vəba epidemiyası sürətlə yayılır.

363971
İraqda vəba epidemiyası nəzarətdən çıxdı

Son dörd gündə İraqın müxtəlif bölgələrində 225 insana vəba diaqnozu qoyulması ilə vəba xəstələrinin sayı 2 min 476 oldu.

İraq Səhiyyə nazirliyindən verilən məlumata görə, paytaxt Bağdadla yanaşı, Dohuq, Səlahəddin, Babil, Divaniyyə, Musenna, Kərbəla, Zikar, Nəcəf, Süleymaniyyə və Kərkükdə son 4 gün ərzində 225 insana vəba diaqnozu qoyulub.

Məlumatda sentyabr ayından etibarən vəbaya tutulanların sayının 2 min 476 olduğu da qeyd olunub.

Son həftələrdə İraqın bir sıra şəhərlərində yağan yağışlar nəticəsində yaşayış yerlərinin su altında qaldığında səlahiyyətlilər xəstəlik haqqında xəbərdarlıq etmişdilər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr