Fransa Schengen vizasını müvəqqəti olaraq donduracaq

Birləşmiş Mllətlər Təşkilatının İqlim Dəyişikliyi Sammiti ilə əlaqədar dünya liderlərini Parisdə qarşılayacaq Fransa təhlükəsizlik tədbirləri çərçivəsində Schengen anlaşmasını müvəqqəti olaraq donduracaq.

411765
Fransa Schengen vizasını müvəqqəti olaraq donduracaq

Fransa Daxili İşlər Naziri Bernard Cazeneuve RMC televızıya kanalına verdiyi müsahibədə:" İctimai əsayiş və terror təhlükəsi səbəbilə bir ay müddətinə sərhədlərimizdə yoxlamaları bərpa edəcəyik. Bu, Schengen anlaşmasının tamamilə ləğvi demək deyildir. Schengen anlaşması üzv ölkələrə bu haqqı lazım olduğu təqdirdə verir" şəklində danışdı.

Qlobal isinmə mövzusunda görüləcək konktret tədbirlərin masaya qoyulacağı və bu məsələ ilə əlaqədar qlobal anlaşmanın ədə olunmasını nəzərdə tutan BMT sammiti 30 noyabr - 11 dekabr tarixində keçiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr