İordaniyada qum fırtınası həyatı iflic etdi

Orta şərq ölkələrinin bir hissəsində təsirli olan qum fırtınası İordaniyanı əsir aldı.

410900
İordaniyada qum fırtınası həyatı iflic etdi

Toz buludu xüsusilə, paytaxt Ammanda hiss edildi.

Xalq küçəyə çıxmadı, mağazalar fırtınadan zərər gördü.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barack Obamanın həyat yoldaşı Michelle Obamanın İordaniyaya planlaşdırılan səfəri təxirə salındı.

Michelle Obamanın qız uşaqlarının təhsili ilə əlaqədar başlanılan kampaniya çərçivəsində İordaniyada inşa olunmuş  bir məktəbdə qız tələbələrlə görüşü planlaşdırılırdı.

Qum fırtınası səbəbindən bəzi təyyarə reysləri  Amman Queen Alia Hava Limanından başqa aeroportlara istiqamətləndirildi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr