Kemeronun tǝşǝbbüsünǝ parlament mane oldu

İngiltǝrǝ parlamentinin xarici ǝlaqǝlǝr üzrǝ komissiyasında dünǝn Suriyaya qarşı ehtimal olunan hǝrbi müdaxilǝ mǝsǝlǝsi müzakirǝ edilib.

409865
Kemeronun tǝşǝbbüsünǝ parlament mane oldu

İngiltǝrǝnin baş naziri Devid Kemeron Suriyada terror tǝşkilatı DEAŞ-a qarşı hǝyata keçirilǝn beynǝlxalq ǝmǝliyyata ölkǝsinin dǝ daxil olması üçün tǝşǝbbüs irəli sürüb, lakin parlament buna mane olub.
İngiltǝrǝ parlamentinin xarici ǝlaqǝlǝr üzrǝ komissiyasında dünǝn Suriyaya qarşı ehtimal olunan hǝrbi müdaxilǝ mǝsǝlǝsi müzakirǝ edilib.
Mövcud hava ǝmǝliyyatının koordinasiya işlǝrinin kifayǝt qədər vǝ tǝsirli olmadığı bildirilib. Hǝmçinin Suriyadakı vǝtǝndaş müharibǝsinin sona çatdırılması ilǝ bağlı konkret addım atılmadığı vǝ DEAŞ ilǝ mübarizǝdǝ bir strategiya müǝyyǝn edilmǝdiyi müddǝtdǝ belǝ hava hücumlarının mǝnasının olmayacağı da vurğulanıb.
Xatırladaq ki, İngiltǝrǝ beynǝlxalq koalisiyanın DEAŞ-a qarşı hǝyata keçirdiyi hava ǝmǝliyyatının sadǝcǝ İraq hissǝsinǝ qatılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr