Knesset üzvləri Məscidül-Əqsaya daxil ola bilməyəcəklər

İsrail polisi parlament ( Knesset) üzvlərinin Məscidül-Əqsaya daxil olmasına qadağa qoyub.

408949
Knesset üzvləri Məscidül-Əqsaya daxil ola bilməyəcəklər

İsrailin ‘‘Haaretz’’ qəzetinin məlumatına görə, polis rəisi ötən gün Knesset Sədri Yuli Edelsteinə göndərdiyi məktubda ‘‘Knesset’’ üzvlərinin Məscidül-Əqsaya daxil olmalarına qadağa qoyma qərarı aldığını bildirib.
Məktubda qərara səbəb kimi Məscidül-Əqsadakı gərginliyin bu yolla azalacağını söyləyən polis rəisi ‘‘İsrail hökumətinin hüquq müşavirinin fikrinə əsaslanaraq Knesset üzvlərinin məscidə daxil olmasına qadağa qoyma qərarı aldıq’’ deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr