İran nüvə müqaviləsinin qüvvəyə minməsi üçün ilk addımları atır

İran iyul ayında əldə olunan tarixi nüvə müqaviləsini qüvvəyə mindirmə mərhələsinə qədəm qoydu.

362212
İran nüvə müqaviləsinin qüvvəyə minməsi üçün ilk addımları atır

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi tarixi xarakterli nüvə müqaviləsinin qüvvəyə minməsi istiqamətində ilkin işlərin başladığını söylədi.

Salehi nüvə müqaviləsinə əsasən sentrifuqaların sayının azaldılmasına başlandığını dedi.

İran və Qərb ölkələri ABŞ, Çin, Fransa, Böyük Britaniya, Rusiya və Almaniya arasında imzalanan müqaviləyə əsasən Birləşmiş Millətlər Təşkilatının müfəttişləri haqlı səbəblər göstərmək şərtilə İranda hərbi obyektlərə girə biləcəklər.

Aktiv vəziyyətdəki sentrifuqaların sayının azaldılması nüvə müqaviləsinin şərtlərindən biridir.

ABŞ və Aİ isə Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) hesabatından sonra İrana qarşı sanksiyaları aradan qaldıracaq. İran müqavilə şərtlərini 65 gün ərzində yerinə yetirməsə, sanksiyalar yenidən qüvvəyə minəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr