Adil əl-Cubeyr: ‘‘Əsədin Suriyada gələcəyi yoxdur’’

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr Əsədin Suriyada gələcəyinin olmadığını deyib.

359839
Adil əl-Cubeyr: ‘‘Əsədin Suriyada gələcəyi yoxdur’’

Cubeyr Vyanada keçiriləcək Suriya toplantısından əvvəl Körfəz ölkələri turuna çıxan İngiltərə xarici işlər naziri Filip Hammond ilə Riyadda bir araya gəlib.

Suriya prezidenti Əsədin legitimliyini itirdiyini, siyasi və ya hərbi yola müraciət edəcəyini bildirən Cubeyr, ‘‘Əsədin əlləri qanlıdır. O, 150 min adamın ölümü, 12 milyon insanın yurdundan çıxarılması, İran və Hizbullahın Suriyaya daxil olmasından məsuldur’’ deyib.

Vyanada keçiriləcək Suriya toplantısına da toxunan Cubeyr İranla Rusiyanın Suriyadakı siyasi həll prosesinə dair niyyətlərinin ciddiliyini təhlil edəcəklərini və həll yolu ilə nəticələnməyən açıq iclaslarda bir tərəf olmayacaqlarını qeyd edib.

İngiltərə xarici işlər naziri Hammond da Əsədin siyasi prosesdə iştirakının qəbul edilməyəcəyini bildirərək ‘‘Əsəd getməlidir’’ deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr