Türkmənistan müstəqilliyinin 24-cü ildönümünü qeyd edir

Sovet İttifaqının dağılmasıyla 27 oktyabr 1991-ci ildə edilən referendumla müstəqillik qərarı alan türkmənlər 24-cü ildönümünü Aşqabad stadionunda keçirir.

402814
 Türkmənistan müstəqilliyinin 24-cü ildönümünü qeyd edir

  Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedovun iştirakı ilə başlanan mərasimlərdə milli geyimli gənclər müxtəlif rəqs və kompozisiyalar nümayiş etdiriblər.

  Ahal Teke atları ilə təşkil edilən yarışlar insanların böyük marağına səbəb olub.

  Türkmənistan himni oxunub, ölkə bayrağı yüksəklərə çəkilib, hərbi təyyarələr göydə cövlan edib, hərbi parad keçirirlib.

  Türkmən dilində müstəqillik mənasını verən Garaşsızlık mərasimi sabah elə Aşqabadda sona çatacaq.

  Türkmənistanın müstəqillik günü münasibətilə Türkiyədən Mədəniyyət və Turizm naziri Yalçın Topçunun rəhbərliyilə olan heyətdə TRT-nin Baş direktoru Şenol Göka da iştirak edib.

  Türkiyəli nazir Türkmənistan prezidenti tərəfindən qəbul olunub. Görüşdə Sultan Alparslanın məzarının tapılması ilə bağlı işlərdən də danışılıb.
  Yalçın Topçu Türkmənistan Nazirlər Kabinetinin Təhsil İşləri üzrə Məsul Katib yardımçısı Sapardurdu Toyluyev, Mədəniyyət və Media üzrə Məsul Katib yardımçısı Maysa Yazmuhammedova və Mədəniyyət naziri Annageldi Garacayevlə görüşüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr