Havaların soyuması qaçqın düşərgələrində həyatı çətinləşdirdi

Pis hava şəraitinə baxmayaraq qaçqınlar Yunanıstan sahillərinə axın etməyə davam edirlər.

359212
Havaların soyuması qaçqın düşərgələrində həyatı çətinləşdirdi

Təqribən 20 qaçqın daşıyan bir qayıq Lezbian sahillərinə çata bildi.

Adaya çatanlar sonrakı taleləri barədə qərarları gözləmək üçün burada olan digər 10 min qaçqının arasına qatıldılar.

Sloveniyada da havalar soyuduğu üçün qaçqın düşərgələrində həyat şərtləri çətinləşdi.

Aralarında qadın və uşaqlarında da olduğu on minlərlə qaçqın Avstriyaya getmək üçün düşərgələrdə gözləyirlər.

Onlar düşərgələrdə tonqal qalayaraq qızınmağa çalışırlar.

Avropadakı qaçqın böhranı Avropa İttifaqı Parlamentinin da gündəmində idi.

Parlamentdə çıxış edən Avropa İttifaqı Komissiyasının Prezidenti Jean Claude Juncker qaçqınlar üçün düşərgələrdə ən yaxşı şərait yaradılmasına diqqət etdiklərini bildirdi.

Jean Claude Juncker düşərgələrdəki qaçqınların ehtiyacları olduğu bütün ləvazimatlarla təchiz olunduqlarını dedi.

Juncker Avropa ölkələrində dolaşan qaçqınların siyasi panikaya səbəb olduqlarını da söylədi.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı bu il ərzində 700 mindən artıq qaçqının Aralıq Dənizi sahillərinə çatdığını açıqladı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr