İsrail ǝsgǝrlǝri İordan çayının qǝrb sahilindǝ 3 fǝlǝstinlini öl

İsrailin döyüş tǝyyarǝlǝrinin Qǝzzanın cǝnubunda iki mǝntǝqǝyǝ havazǝrbǝsi endirdiyi bildirilib.

358831
İsrail ǝsgǝrlǝri İordan çayının qǝrb sahilindǝ 3 fǝlǝstinlini öl

İsrailin döyüş tǝyyarǝlǝrinin Qǝzzanın cǝnubunda iki mǝntǝqǝyǝ havazǝrbǝsi endirdiyi bildirilib.

İsrail ǝsgǝrlǝri fǝlǝstinlilǝrdǝn ikisini onlara bıçaqla hücum etdiklǝrinǝ görǝ öldürdüklǝrini bildiriblǝr.

Xǝlil şǝhǝrindǝ öldürülǝn 17 yaşlı Fǝlǝstinli gǝncin nǝ üçün öldürüldüyünǝ dair isǝ mǝlumat verilmǝyib.
İsrail ordusu tǝrǝfindǝn verilǝn açıqlamada qeyd edilib ki, Qǝzza zolağının cǝnubunda HӘMAS-a mǝxsus iki terror düşǝrgǝsi İsrailǝ mǝxsus döyüş tǝyyarǝsi tǝrǝfindǝn vuruldu. Hava hücumu dünǝn axşam radǝlǝrindǝ Qǝzzadan atılan vǝ İsrailin cǝnub bölgǝsindǝ boş bir ǝraziyǝ düşǝn raketǝ cavab olaraq hǝyata keçirilib.
Açıqlamada ayrıca, yanvar ayından bǝridir “Qǝzzadan İsrailǝ 18 raket hücumunun edildiyi” irǝli sürülüb.
Ordu nümayǝndǝsi Peter Lerner dǝ mövzuyla ǝlaqǝli açıqlamasında bildirib ki, bu hücumlara cavab vermǝyǝ davam edǝcǝyik vǝ bunlara imkan verǝnlǝri mǝsul tutacağıq.
Qeyd edǝk ki, İsrail ordusunun raket atıldığı iddiası ilǝ Qǝzzaya 2014-cü il iyulun 7-dǝ başlatdığı vǝ 51 gün davam edǝn hücumlarında 2159 fǝlǝstinli hǝyatını itirmiş, 11 mindǝn artıq insan isǝ yaralanmışdı. Hücumlar zamanı 17 min 200 ev, 73 mǝscid vǝ 24 mǝktǝb binası tamamilǝ yıxılmış, minlǝrlǝ binaya isǝ ziyan deymişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr