Məscidül- Əqsa ilə bağlı mübahisələr davam edir

Müsəlmanların ilk qibləsi olan Məscidül- Əqsaya nəzarət məsələsi ətrafında  mübahisələr davam edir.

400627
Məscidül- Əqsa ilə bağlı mübahisələr davam edir

İordaniya və İsrail arasında Müsəlmanların Məscidül- Əqsada namaz qılmasına icazə verən müqaviləyə Fələstin İslami Hərəkatı mənfi reaksiya göstərdi.
Hərəkatın verdiyi yazılı açıqlamada son dövrlərdə Məscidül Əqsa məsələsi ilə əlaqədar ABŞ-ın təşəbbüsü ilə bağlanan müqavilələrin gözə pərdə asmaqdan başqa bir şey olmadığı ifadə edildi.
Bu növ müqavilələrlə İsrailin Əqsa və Qüds üzərindəki hüquqa zidd olan hakimiyyətini davam etdirdiyinin bildirildiyi açıqlamada:” Bu müqavilə ilə müsəlmanların Məscidül Əqsada namaz qılması sanki İsraildən verilmiş bir sədəqə kimi görünməyə başladı. Bu müqavilələr İordaniyanın Məscidül-Əqsa üzərindəki hakimiyyətini kökündən sarsıdır" deyilir.
İsrailin Baş Naziri Binyamin Netanyahu isə Məscidül-Əqsanı bölmək niyyətlərinin olmadığını dedi.
Netanyahu "Məbəd Təpəsi" adlandırdığı Hərəmi Şərifin "üç səmavi dinin mənsubları olan yəhudilər, müsəlmanlar və xristianlar üçün əhəmiyyətini qəbul etdiklərini bildirdi.
İsrailin Baş Naziri İordaniyaya aid və "Məscidül- Əqsanın idarəçilik hüququna malik olan vəqflə İsrail rəsmiləri arasında artan əməkdaşlıqdan razı qaldığını söylədi.
ABŞ Dövlət Katibi Jhon Kerry ötən günlərdə İordaniyada keçirdiyi görüşlərdən sonra İordaniya və İsrailin Hərəmi Şərif və Məscidül-Əqsanın həyətinə kamera yerləşdirilərək, 24 saat nəzarətetmə məsələsində razılıq əldə olunduğunu bildirmişdi.
Kerriy Netanyahunun da Müsəlmanların Hərəmi Şərifdə namaz qılmasına, qeyri-müsəlmanların isə yalnız ziyarətinə imkan verəcək bir siyasəti həyata keçirməyi qəbul etdiyini də açıqladı.
İsrail Məscidül- Əqsanın daxil olduğu Şərqi Qüdsü 1967-ci ildə işğal edib. Bu tarixdən başlayaraq 2000-ci ilə qədər İordaniyanın Məscidül-Əqsa Vəkfi Hərəmi Şərifə rəhbərliyik edən yeganə qurum olub. Müsəlman olmayan turistlərin Əqsanın həyətinə təşkil etdikləri ziyarətlər də Əqsa Vəqfinin nəzarətində idi.
İsrailin keçmiş Baş Naziri Ariel Şaron 2000-ci ildə yüzlərlə qoruyucusu ilə Məscidül-Əqsanı ziyarət etdiyi zaman İkinci Uzufrukt baş verdi. Əqsa Fondu Şaronun ziyarətinə etiraz olaraq bu növ ziyarətləri qadağan etdi və İsrailin "ziyarətlərin yenidən başlaması" istiqamətindəki tələblərini rədd etdi. Bundan sonra, 2003-cü ilin aprelində İsrail hökuməti Əqsa Fondunun etirazına baxmayaraq, müsəlman olmayan turistlərə təktərəfli olaraq Hərəmi Şərifin həyətinə girməyə icazə verdi. O tarixdən etibarən Məscidül-Əqsanın statusu müsəlmanların əleyhinə dəyişdirildi.
İsrail rəhbərliyi 2003-ci ildən etibarən sonradan yerləşdirilimiş yəhudilərin polisin nəzarəti altında Əqsanın həyətinə girməyinə şərait yaradır və bəzi zamanlarda müsəlmanların girişlərinə yaş məhdudiyyəti qoyur. Bir sıra radikal İsrail təşkilatları və siyasətçiləri dağıdılan yəhudi məbədinin olduğuna inandıqları Hərəmi Şərifin onlara da ibadətə açılmasını tələb edirlər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr