İmmiqrant böhranı prioritetli gündəm maddəsi oldu

Avropaya meydan oxuyan immiqrant problemi həmrəylik ilə həll edilə bilər

357753
 İmmiqrant böhranı prioritetli gündəm maddəsi oldu

Almaniya kansleri Merkel sığınacaq axtaranların problemi ilə əlaqədar olaraq "Türkiyə və Livan kimi ölkələrin üzərindəki yükü bölüşmǝliyik " dedi.

Avropa Xalq Partiyasının Madriddə təşkil etdiyi konqresdə, immiqrant böhranı prioritetli gündəm maddəsi oldu.
14 ölkənin baş naziri və Avropadakı sağ fikirli partiyalardan 750 nümayəndənin iştirak etdiyi görüşdürən konqresdə çıxış edǝn Almaniya kansleri Angela Merkel  immiqrant böhranına qarşı fərqli tədbirlǝr almaq lazım olduğunu müdafiə etdi.

Merkel "Köçəri problemini Türkiyə ilə danışmalıyıq" deyərkən, Macarıstan Baş naziri Viktor Orban da "Türkiyə strateji və əhəmiyyətli bir ölkədir, Sərhədlərimizin təhlükəsizliyini qorumalıyıq. Sığınacaq axtaran şəxslər böhranı yaydan çıxdı .Bu problem, Avropa ölkələrini və hökumətlərini xaosa gǝtirib çıxardar.
Konfransa ev sahibliyi edən İspaniyanın baş naziri Mariano Rajoy da, "Sığınacaq haqqı Avropanın ən mühüm dəyərlərindən biridir və Avropaya gələn hər immiqranta bu haqq verilməlidir. Ancaq gələcək 10 ildə Avropaya meydan oxuyan immiqrant problemi ,yalnız 3.ölkələrlə həmrəylik ilə həll edilə bilər "


Etiketlәr:

Әlaqәli Xәbәrlәr