Əsədin Moskova səfəri ilə bağlı müxtəlif fikirlər səslənir

ABŞ Rusiyanı qınayıb.

396416
 Əsədin Moskova səfəri ilə bağlı müxtəlif fikirlər səslənir

Suriyanın dövlət başçısı Bəşǝr Əsədin Moskova səfəri ilə bağlı müxtəlif fikirlər səslənir.
ABŞ Rusiyanı qınayıb.
Ağ Evin sözcüsü Erik Şultz bildirib ki, öz xalqına qarşı kimyəvi silahdan istifadə edən Əsədin ayaqları altına qırmızı xalı sərən Rusiya liderinin Suriya ilə bağlı siyasətini anlamaq olmur.
ABŞ-ın Dövlət Departamenti də Əsədin Moskvaya səfərinin sürpriz olmadığını açıqlayıb.
Dövlət Departamentinin sözcüsü Con Korbi deyib ki, Rusiya-Suriya əlaqədləri, eləcə də rəsmi Moskvanın bu ölkədə həyata keçirdiyi hərbi əməliyyatları göz önünə gətirdikdə bu səfər gözlənilməz olmayıb.
Suriyadakı proseslərlə bağlı Almaniya kansleri Angela Merkel de açıqlama verib.
Merkel Suriyada siyasi həllin yaxşı olmayacağını söyləyib və "Əsəd kimi siyasi gələcəyi olmayan birindən heç olmaz" ifadəsini işlədib.
Digər tərəfdən Qətərdən Suriyaya hərbi müdaxilə xəbərdarlığı gəlib.
Xatırladaq ki, Rusiya lideri Vladimir Putin Əsədlə görüşdən sonra bu barədə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana məlumat verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr