İran BMT-in Təhlükəsizlik Şurası ilə üz-üzə gəlib

Oktyabrın 10-da ballistik raket sınağı keçirən İran bir daha Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ilə üz-üzə gəlib.

357149
İran BMT-in Təhlükəsizlik Şurası ilə üz-üzə gəlib

İrana tətbiq olunan sanksiyalara nəzarət edən komitəyə məsələ ilə bağlı hesabat verən ABŞ, Fransa, Böyük Britaniya və Almaniya nümayəndələri Təhlükəsizlik Şurasından raket sınağı üçün bu ölkəyə "uyğun bir qarşılıq" verməsini tələb edib.
Komitənin iclasında çıxış edən nümayəndələr Tehran hakimiyyətinin bu davranışının BMT-nin sanksiyalarına qarşı çıxdığının və açıq şəkildə meydan oxuduğunun göstəricisidir-deyə bildiriblər.
Amerika Birləşmiş Ştatları nümayəndəsi raket sınağının təxribat olduğunu qeyd edərək Vaşinqtonun bu sınaqla nüvə müqaviləsinin tamamilə ayrı qiymətləndirdiyini vurğulayıb.
Məsələyə veriləcək reaksiyanın texniki bir məsələ olduğunu vurğulayan nümayəndələr nüvə müqaviləsinin bütün tərəflər tərəfindən tam və effektiv şəkildə həyata keçirilməsinin vacib olduğunu bildiriblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr