Joseph Dunford Əl-Abadiyi ilə görüşdü

İraqa gözlənilməz səfər edən Amerika Birləşmiş Ştatlarının Baş Qərargah Rəisi Joseph Dunford Baş Nazir Heydər Əl-Abadi ilə görüşdü.

395064
Joseph Dunford  Əl-Abadiyi ilə görüşdü

Abadi Dunfordu başçılıq etdiyi nümayəndə heyəti ilə bərabər Bağdaddakı iqamətgahında qəbul etdi.

Abadinin ofisindən edilən yazılı açıqlamaya görə, tərəflər İraqın daxilində terror təşkilatı DEAŞ-a qarşı başlanılan əməliyyatların gedişatını, Enbar və Səlahəddin vilayətlərində qazanılan qələbələri müzakirə ediblər.

Görüşdə ABŞ Baş Qərargah Rəisi Dunford terrorla mübarizə məsələsində ölkəsinin İraqa yardımlarının davam edəcəyini bildirərək, xüsusilə, İraq ordusundakı qüvvələrə təlim keçilməsi,təchiz edilməsi, eyni zamanda azad edilmiş bölgələrdə sabitliyin qorunması üçün polis qüvvələrinə dəstək veriləcəyini ifadə etdi.

Dunford,İraq təhlükəsizlik qüvvələrinin Enbar və Səlahəddin vilayətlərində əldə etdiyi uğurlarına görə ordunu də təbrik etdi.

İsraildəki görüşlərdən sonra sürpriz bir şəkildə İraqın Ərbil şəhərinə gedən Dunford İraq Kürd Regional Rəhbərliyinin(IKBY) Başçısı Məsud Bərzani ilə də bir araya gəldi, görüşdə terror təşkilatı DEAŞ-a qarşı aparılan mübarizə məsələsi müzakirə olundu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr