Çin Atom enerjisi istehsalında birinci yerə yüksələcək

Çin atom elektrik stansiyası sayında Amerika Birləşmiş Ştatlarını keçəcək.

356282
Çin Atom enerjisi istehsalında birinci yerə yüksələcək

Pekin rəhbərliyi 2033-cü ilə qədər 110-dan artıq atom elektrik stansiyası tikməyi planlaşdırır.

Çin rəsmiləri yeni atom elektrik stansiyalarının inşası üçün 786 milyard dollar büdcə ayırıb.

"China Times"ın xəbərinə görə, Çin, 13-cü 5 illik inkişaf planı çərçivəsində, ildə 6- 8 atom elektrik stansiyası inşa etməyi planlaşdırır.

Elektrik ehtiyacının 0,03%-nü  atom elektrik stansiyaları vasitəsilə təmin edən Çin 2030-cu ildə bu nisbəti 0,20y%-ə çıxarmağı hədəfləyir.

Dünyanın ən böyük beşinci nüvə enerji istehsalçısı mövqeyində olan Çinin 2030a qədər Rusiya, Fransa, Yaponiya və son olaraq da ABŞ-ı da geridə qoyaraq, atom enerjisi istehsalında birinci yerə yüksələcəyi proqnozlaşdırılır.

Pekin rəhbərliyi yeni nüvə reaktoru layihələrini 2011-ci ildəki Fukuşima fəlakətindən sonra dondurduğunu açıqlamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr