ABŞ-da 6 yaşlı uşaq qardaşını öldürüb

ABŞ-ın Çikaqo şəhərində 6 yaşlı bir uşaq 3 yaşlı qardaşını təsadüfən silahdan atəş açaraq öldürüb.

355743
ABŞ-da 6 yaşlı uşaq qardaşını öldürüb

Əldə edilən məlumata görə, ağlasığmaz hadisə şənbə günü baş verib.
Polisin məlumatına görə, uşaqlar oyun oynadıqları zaman 6 yaşlı uşaq soyuducunun üstündən aldığı silahla qardaşına öldürüb.
Xəstəstəxanaya yerləşdirilən uşaq həkimlərin səylərinə baxmayaraq həyatını itirib.
Uşaqlarını təhlükəyə atmaqla ittiham edilən ata Michael Santiaqo isə həbs olunub.
Santiaqo keçmişdə cinayətkar qrup üzvü olduğunu və özünü müdafiə etmək üçün evdə silahının olduğunu bildirib.
Qeyd edək ki, ABŞ konstitusiyası vətəndaşlarına silah daşımaq hüququnu versədə bu məsələ Amerikanın daxili siyasətinin ən həssas mövzularından biridir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr