Qəzza-İsrail sərhədində gərginlik artmaqdadır

İsrailin Qüdsə və məscidi-Əqsaya istiqamətli pozuntularına etiraz edən fələstinli gənclərlə İsrail əsgərləri arasında toqquşma yaranıb.

355059
Qəzza-İsrail sərhədində gərginlik artmaqdadır

  Sərhəddəki İsrail əsgərləri Fələstin bayrağı qaldıran gənclərə qarşı gözyaşardıcı qaz və həqiqi güllədən istifadə ediblər. Gənclər atəşə daş ataraq cavab veriblər.

  İsrail əsgərlərinin açdığı atəş nəticəsində 2 fələstinli həyatını itirib. Yaralanan çox sayda israilli isə təcili yardım maşınlarıyla xəstəxanaya aparılıb.

  Sərhəddəki qarşıdurmada həyatını itirən gənc üçün təşkil edilən cənazə mərasiminə Həmasın lideri İsmayıl Haniye və çox sayda fələstinli qatılıb.

  Eyni zamanda, İsrail həbsxanasında 10 ildir yatan və keçən çərşənbə keçirdiyi beyin qanaması nəticəsində həyatını itirən fələstinli məhbus Fadi Əd-Derbi üçün də cənazə mərasimi təşkil olunub. Qərbi Şəriyədəki Döl şəhərində qılınan cənazə namazına çox sayda fələstinli gəlib və onlar həm də İsrail əleyhdarı çıxışlar ediblər.

  Bu arada onu da qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatında Fələstinin Daimi nümayəndəsi Riyad Mansur BMT Təhlükəsizlik Şurasından, Şərqi Qüds də daxil olmaqla, işğal altındakı bütün Fələstin torpaqları üçün beynəlxalq qoruma təmin edilməsini istəyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr