İsrail-Fələstin gərginliyi artdıqca beynəlxalq görüşlər də artır

Amerika Birləşmiş Ştatları Dövlət katibi Con Keri (John Kerry) İsrailin Baş naziri Binyamin Netanyahu ilə gələn həftə bir araya gələcək.

393421
İsrail-Fələstin gərginliyi artdıqca beynəlxalq görüşlər də artır

  Keri və Netanyahu 39 adamın ölümü ilə nəticələnən hadisələr və bölgədə yaşananları müzakirə edəcəklər.

  Gələn həftə çərşənbə günü Almaniyaya gedəcək Netanyahu ölkə kansleri Angela Merkellə də görüşəcək.

  Qeyd edək ki, 39 adamın həyatını itirdiyi hadisələrdən sonra İsrail təhlükəsizlik gücləri, Qüds də daxil olmaqla, bir çox bölgədə fövqəladə təhlükəsizlik tədbirləri görür. Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama bu vəziyyətdən narahat olduğunu dilə gətirib və etibarlı olacaq tək yolun iki dövlətli həll olduğunu nəzərə çatdırıb. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr