İraqda xolera epidemiyası ölkənin şimalına doğru yayılır

Son olaraq Duhok və Kərkük şəhərlərində xolera təhlükəsi ortaya çıxıb.

355067
  İraqda xolera epidemiyası ölkənin şimalına doğru yayılır

  İraqın Baş naziri Heydər Əl-İbadi paytaxt Bağdad və ətraf vilayətlərdə xolera epidemiyasının nəzarət altına alınması üçün zəruri tədbirlərin sürətləndirilməsi üçün təlimat verib.

  İraq Kürd Regional Rəhbərliyi Hökuməti də epidemiyanın Kərkük şəhərinə çatdığını və şəhərdə 2 yoluxma hadisəsinin təsbit edildiyini bildirib.
Epidemiyanın qaçqın düşərgələrinə yayılması daha artıq narahatlıq doğurub. Ötən həftə Duhok valisi Ferhat Ertuş şəhərdə epidemiya əlamətiylə çoxu qaçqın düşərgələri sakinləri olan onlarla xəstəni müalicə üçün apardıqlarını söyləyib.

  Epidemiyanın qaynaqlarından biri Erbilə təxminən 7 kilometr uzaqlıqda olan şəhər zibilliyi hesab edilir. İnsanlar və işçilər yanlarında uşaqları da gətirməklə yalın əllə və maska taxmadan mikroblarla ünsiyyətdə olur və xəstəliyi sanki satın alırlar.

  Onu da qeyd edək ki, bu yay ölkədə yaşanan su problemi və isti hava da xoleranın yayılmasına yardım etdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr