"İran bu mövzuda ciddi, Şimali Koreya isə qeyri-ciddidir"
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Şimali Koreyanın nüvə silahlarının yox edilməsi mövzusunda görüş istəyinə münasibət bildirib.
Bu barədə Obama Ağ Evdə Cənubi Koreya dövlət başçısı Park Geun-Hye ilə olan görüşündən sonra təşkil edilən ortaq mətbuat konfransında danışıb.
İranla bu yay bağlanılan nüvə müqaviləsini xatırladan Obama İranı bu mövzuda ciddi, Şimali Koreyanı isə qeyri-ciddi adlandırıb.
Cənubi Koreyanın Şimali Koreya ilə əlaqə qurmaq üçün səylərini isə dəstəklədiyini bildirən Obama deyib: "Pyongyang axtardığı iqtisadi inkişafı nüvə silahları fikrindən daşınmadıqca əldə edə bilməyəcəyini anlamalıdır".
Әlaqәli Xәbәrlәr

ÜST beynəlxalq səfərlər üçün peyvənd pasportuna etirazını bildirib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq səfərlər üçün peyvənd pasportuna etirazını bildirib.

Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı iki milyon 18 min 100-ü keçib.