Rəsmi Vaşinqtondan Israilə dəstək

ABŞ-ın xarici işlər naziri Con Kerri ölkəsinin İsrailin “özünümüdafiə haqqını” dəstəklədiyini söyləyib.

393059
 Rəsmi Vaşinqtondan Israilə dəstək

İsraillə Fələstin arasında gərginliyin davam etdiyi bir zamanda rəsmi Vaşinqton İsrailə dəstək verib.
ABŞ-ın xarici işlər naziri Con Kerri ölkəsinin İsrailin “özünümüdafiə haqqını” dəstəklədiyini söyləyib.
İndiana Universitetində tələbələrə səslənən Kerri İsraili dinç sakinlərə qarşı törətdiyi hücumlara görə qınayıb və bunların qəbuledilməz olduğunu açıqlayıb. Kerri bu cür qanlı hadisələrin hər hansı bir açıqlaması olmadığını bildirib.
O, fələstinlilərlə israillilər arasında davam edən hadisələrdə dinçliyin bərqərar olması çağırışı ilə qarşıdakı günlərdə Yaxın Şərqə səfər edəcəyini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr