New York Polis Təşkilatına yenidən mǝhkǝmǝ işi açıldı

Müsəlman cəmiyyətinin izlənilməsini reallaşdıran kəşfiyyat lǝğv edildi

354651
New York Polis Təşkilatına yenidən mǝhkǝmǝ işi açıldı

Amerika Birləşmiş Ştatlarında 11 Sentyabr hücumlarından sonra hər hansı bir ağlabatan səbəb olmadan müsəlmanları izlədiyi üçün mühakimə olunan New York Polis Təşkilatına yenidən mǝhkǝmǝ işi açıldı.
2002-ci ildən 2014-cü ilǝ qədər müsəlmanları məscidlərdə fotoşəkil və videolarını çəkərək izlədiyi səbəbiylə New York Polis Təşkilatına açılan mǝhkǝmǝ işini keçən il 3. cinayǝt məhkəməsi dayandırdığı sǝbǝbiylǝ Apelyasiya Məhkəməsi bu qǝrarı pozdu.
ABŞ Apelyasiya Məhkəməsi hakimi , müsəlmanların təqibə alınmasının daha əvvəl "Qırmızı Qorxu " dövründə yəhudi xalqına, Vǝtǝndaş Müharibǝsindǝ amerikalı zəncilǝrǝ və 2. Dünya Müharibǝsi dövründə də japonlara qarşı aparılan "irqçilik " və "ayrı-seçkilik" tətbiqlərə bənzədiyini ifadə etdi .
NYPD-nin 2002-ci ilin əvvəlindən etibarən müsəlmanlara qarşı tətbiq etdiyi izleme proqramı, AP Agentliyinin 2011-ci ildə Pulitzer mükafatı alan xəbərlə ortaya çıxarılmışdı.
NYPD-nin özünü müdafiə etdiyi tək məqsədinin "11 Sentyabr hücumlarından sonra baş verǝcǝk terror hücumlarının qarşısını almaq üçün kəşfiyyat yığmaq" olduğunu iddia etmişdi.

Keçmiş New York Bələdiyyə Sǝdri Michael Bloomberg dövründə Raymond Kellinin liderliyindəki müsəlman cəmiyyətinin izlənilməsini reallaşdıran kəşfiyyat , keçən il Bələdiyyə Sǝdri Bill də Blasionun vəzifəyə gətirdiyi yeni NYPD şefi William Bratton tərəfindən lǝğv edilmişdi. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr