İran yeraltı bazalardan birinin görüntülərini yayımlayıb

İranın inqilab keşikçiləri, raket səkilərinin yerləşdiyi yeraltı bazalardan birinin görüntülərini yayımlayıb.

392519
İran yeraltı bazalardan birinin görüntülərini yayımlayıb

Hərbi hava qüvvələrinin generalı Əmir Əli Hacızadə silah-sursat anbarlarının gələn il yenilənəcəyini açıqlayıb. İranın dövlət televiziyası ölkənin yeraltı bazalarında raketlərin yerlərini yayımlayıb. Lakin 500 metrlik yerin altında olan həmin bazanın harada olması barədə məlumat verilməyib. Xatırladaq ki, İran bazar günü uzun mənzilli raketlərin sınaqdan keçirilməsini açıqlamışdı. Ağ ev isə rəsmi Tehranın bu sınağın böyük ehtimalla BMT-nin qaydalarına zidd olduğunu bəyan etmişdi. Lakin bu vəziyyətin qərb ölkələri iyul ayında qəbul edilən nüvə sazişinin ayrı dəyərləndiriləcəyini qeyd edilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr