Suriya bombardman altındadır

Suriya bir tərəfdən Rusiyanın digər tərəfdən, Əsəd qüvvələrinin bombardmanı altındadır.

392105
Suriya bombardman altındadır

Rus ordusuna aid döyüş təyyarələri Hələbdə müxaliflərin nəzarətindəki Daret İzzə, Həyan bölgələri və İdlib əyalətindəki yaşayış məkanına hücum təşkil etdi.
Hücumlar nəticəsində 8 nəfər həyatını itirdi.
Əsəd qüvvələrinə məxsus döyüş təyyarələri isə paytaxt Dəməşqin Eyn Terma bölgəsini hədəf aldı.
Bölgənin yaşayış məntəqələri vuruldu.
Hər iki hücumda çox sayda adam da yaralandı.
Digər tərəfdən, paytaxt Dəməşqdə Rus səfirliyinə raket hücumu təşkil olundu. Ölən, ya da yaralanan yoxdur


Etiketlәr:

Әlaqәli Xәbәrlәr