İran nüvə müqaviləsinin icrasına başlayacaq
İran İyul ayında imzalanan nüvə müqaviləsinin ilk icrasına gələn həftə başlayacaq.
İran Prezidenti Həsən Ruhani İran və digər ölkələrin öhdəliklərini yerinə yetirmədən öncə hüquqi formallıqları başa vuracaqlarını söylədi.
İran dövlət televiziyasında çıxış edən Ruhani, İran ilə Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında bağlanannüvə müqaviləsinin İran Parlamentində təsdiq edilməsi barədə danışdı.
İran Prezidenti ölkəsinə qarşı tətbiq olunan bütün iqtisadi sanksiyaların iki ay içərisində qaldırılacağını dedi.
Müqavilə, İranın nüvə proqramına ciddi məhdudiyyətlər qoyulması şərti əsasında beynəlxalq embarqonun mərhələli olaraq götürülməsini nəzərdə tutur.
290 yerlik İran Parlamentində 160 deputat müqavilənin lehinə səs vermişdi.
Әlaqәli Xәbәrlәr

ÜST beynəlxalq səfərlər üçün peyvənd pasportuna etirazını bildirib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq səfərlər üçün peyvənd pasportuna etirazını bildirib.

Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı iki milyon 19 min 727-ni keçib.