Tehran Qərb ilə bağlanan nüvə müqaviləsini təsdiq etdi.

İran parlamenti Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə bağlanan nüvə müqaviləsini təsdiqlədi.

353590
Tehran Qərb ilə bağlanan nüvə müqaviləsini təsdiq etdi.


290 yerlik parlamentdə 160 deputat müqavilənin lehinə, 59 deputat əleyhinə səs verdi ,13 deputat isə bitərəf qaldı.

Qanun layihəsində bu ifadələr yer alır: "İranda heç bir hökumət nüvə silahı istehsal etmə və istifadə etmə hüquna malik deyil. Dövlət qlobal nüvə tərksilahı siyasətinə fəal surətdə əməl etmək və bəşəriyyəti nüvə silahından və bu silahın yayılmasından qorumaq üçün hər cür beynəlxalq, hüquqi və diplomatik səyi göstərməklə mükəlləfdir. Bu səylərə kütləvi qırğın silahlarından təmizlənmiş sərbəst zonaların yaradılması da daxildir".

Parlament beynəlxalq müşahidəçilərin İranın hərbi obyektlərinə daxil olmasına məhdudiyyət qoyulmasına israr edir.

Müqavilə İranın nüvə proqramına ciddi məhdudlaşdırmalar gətirilməsinə qarşılıq olaraq, beynəlxalq embarqonun mərhələli olaraq götürülməsini nəzərdə tutur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr