Kerri ilə Lavrov telefonla danışıblar

ABŞ Dövlǝt katibi Con Kerri ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Suriya və Ukrayna mǝsǝlǝsini müzakirǝ ediblǝr.

351651
Kerri ilə Lavrov telefonla danışıblar

ABŞ Dövlǝt katibi Con Kerri ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Suriya və Ukrayna mǝsǝlǝsini müzakirǝ ediblǝr.
ABŞ Dövlǝt Departamentinin sözçüsü Con Kirbi gündəlik mətbuat konfransında, Kerri və Lavrovun telefonla yarım saatdan artıq danışdıqlarını bildirib.
Kirbi görüşdə Rusiyanın Suriyada təşkil etdiyi hava hücumlarının ümumilikde DEAŞ-ı hədəf götürmədiyi ile bağlı ABŞ rəhbərliyinin narahatlığının dilə gətirildiyini ifadə edib.
Kirbi bildirib ki, iki hǝmkar xüsusilə hava hücumlarında yarana bilǝcǝk "qəza və səhv anlaşılmaların" qarşısını almaq mǝqsǝdilǝ tədbirlər görülmǝsinin vacibliyini dǝ müzakirǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr