Amerika səlahiyyətlilərindən şok iddialar

Rusiyanın döyüş gəmisindən atılan ən az dörd raket İrana düşüb.

390157
Amerika səlahiyyətlilərindən şok iddialar

Rusiyanın döyüş gəmisindən atılan ən az dörd raket İrana düşüb.
Amerikanın CNN telekanalının verdiyi xəbərə görə, adı açıqlanmayan iki amerikalı səlahiyyətli, Xəzər dənizinin cənubunda olan Rusiyanın döyüş gəmisindən atılan ən az dörd raketin İrana düşdüyünü bildirib.
Səlahiyyətlilərdən biri, Rusiyanın atdığı raketlər nəticəsində ölənlərin ola biləcəyini iddia etsə də, digər səlahiyyətli bu haqqda hələ heç bir dəqiq məlumat olmadığını bildirib. Xəbərdə raketlərin dəqiq olaraq İranın hansı bölgəsinə düşdüyünə dair qəti məlumat da verilmir. Bildirilir ki, atışlar zamanı Rusiyanın ilk dəfə istifadə etdiyi “Kalibr” tipli raketlərdən istifadə olunub.
İranın xəbər agentliyi isə, amerikalı səlahiyyətlilərin iddialarının hələ Rusiya və ya İran tərəfindən təsdiqlənmədiyini bildirir.
Rusiya Müdafiə Nazirliyi isə, Suriyaya atılan raketlərin İrana düşdüyü iddiasını təkzib edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr