Angela Merkel: "Türkiyə qaçqın böhranında aparıcı rol oynayır"

Almaniyanın DPA informasiya agentliyi ölkənin Baş Naziri Angela Merkelin Avropa Parlamentindəki çıxışı barədə xəbər yaydı.

389691
  Angela Merkel: "Türkiyə qaçqın böhranında aparıcı rol oynayır"

Agentlik xəbəri "Almaniya Baş Naziri Angela Merkel qaçqın böhranında Türkiyənin əhəmiyyətli rolunu vurğuladı. Çərşənbə günü Strasburqda Fransa Prezidenti Fransua Hollande ilə birlikdə qatıldığı Avropa Parlamentinə müraciət edən Merkel: "Türkiyə aparıcı rol oynayır" deyə danışdı. Türkiyənin "fövqəladə işlər" görərək iki milyondan artıq qaçqın qəbul etdiyinə diqqət çəkən Merkel:" Bununla belə Türkiyənin qaçqınların ehtiyaclarını qarşılamaq, onlara sığınacaq vermək, sərhəd təhlükəsizliyini təmin etmək və insan qaçaqçılığı ilə mübarizə məsələlərində dəstəyimizə çox ehtiyacı vardır” şəklində verdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr