Alman qadını "Volkswagen"ə qarşı iş qaldırdı

Xüsusi proqram vasitəsi ilə emissiya dəyərlərini aşağı səviyyədə göstərərək böyük bir qalmaqala imza atan Alman avtomobil nəhəngi "Volkswagen" Almaniyada ilk dəfə olaraq istehlakçı tərəfindən məhkəməyə verdildi.

389499
Alman qadını "Volkswagen"ə qarşı iş qaldırdı

"Frankfurter Allgemeine Zeitung"qəzetində dərc olunan xəbərə görə, ətraf mühitə olan həssas olduğu üçün Blue-Motion texnologiyasına malik avtomobili alan, adı açıqlanmayan Alman qadını Volkswagen Konsernini məhkəməyə verərək təzminat istədi.

Braunschweig Əyalət Məhkəməsində iddia qaldıran qadın özünü aldadılmış hiss etdiyini bildirərək, aldığı avtomobili geri qaytarmaq istədi.

Qadının vəkili ətraf mühitə zərər verməyən nəqliyyat vasitəsi ilə səyahət etdiyini düşünən müvəkkilinin  əslində elə olmayan maşını sürməyə davam etmək istəmədiyini deyib.

Vəkil "Volkswagen" tərəfindən ediləcəyi qeyd edilən düzəlişlərin mühərrikin gücü, sürətlənmə, yanacaq istehlakı və maksimum sürət kimi güstəricilərə təsir edəcəyi səbəbindən müvəkkilinn gözləntilərinin ödənməyəcəyini qeyd edib.

Ötən günlərdə Baden- Württembergden olan investor da Braunschweig məhkəməsində "Volkswagen"ə qarşı  iş qaldıraraq təzminat istəmişdi.

Aprel və iyun aylarında "Volkswagen" vekseli alan investor qalmaqal səbəbilə birjada qiyməti düşən qiymətli kağızlarını geri vermək istədiyini açıqlamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr