ABŞ ‘‘PYG’’ sıralarına 5 min ərəb döyüşçüsü əlavə edəcək

ABŞ terror təşkilatı YPG sıralarına daha 5 min ərəb döyüşçüsü də əlavə edəcək.

388407
ABŞ  ‘‘PYG’’ sıralarına 5 min ərəb döyüşçüsü əlavə edəcək

Obama rəhbərliyi Suriyadakı təlim-təçhiz proqramının uğursuzluqla nəticələnməsindən sonra yeni strategiyalar tətbiq etməyi düşünür. ABŞ rəhbərliyi altındakı koalisiya qüvvələri Suriyanın şimal-şərqindəki Rakka şəhərinə təzyiq etmək üçün yeni cəbhə açmağı planlaşdırır. “New- York Times” qəzetinə açıqlama verən amerikalı rəsmilər prezident Barak Obamanın iki yeni plan üçün ötən həftə razılıq verdiyini bildiriblər. Birinci plana əsasən, ABŞ Rakkada həyata keçiriləcək əməliyyat üçün 25 min terrorçusu olan PYG sıralarına 3 və ya 5 min ərəb döyüşçüsü qatacaq. İkinci plana görə isə ABŞ Adanadakı İncirlik Bazasından terror təşkilatı DEAŞ-a qarşı havadan zərbələrini artıracaq. Qeyd edək ki, əməliyyatın məqsədi DEAŞ-ın nəzarətindəki Rakka şəhərini ələ keçirmək yox, ümumilikdə bölgəni təcrid etmək və təzyiq altına almaq olacaq. ABŞ rəsmiləri Kobani mühasirədə olduğu vaxt həyata keçirdikləri əməliyyatların DEAŞ-ı məğlub etməkdə uğurlu bir plan olduğunu düşünür. Eyni plan Rakka əməliyyatında da tətbiq olunacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr