ABŞ-da fövqəladə vǝziyyǝt elan edilib

ABŞ prezidenti Obama, ABŞ-ın Cənubi Karolina əyalətində sel səbəbiylə "fövqəladə vǝziyyǝt" elan edib.

387628
 ABŞ-da fövqəladə vǝziyyǝt elan edilib

Cənubi Karolinada, saatdakı sürəti 160 kilometrǝ qǝdǝr çatan fırtına və bir çox yerin sular altında qalmasına səbəb olan Joaquin qasırğası həyatı ifliç edib.
Bahamas, Bermud və ABŞ-ın cənub şərq sahilində təsirli olduğu bölgələrdə bir çox yerin suların altında qalmasına sǝbǝb olan Qasırğa, Şimal istiqamǝtindǝ irəliləyir. Tǝsiri hǝr ötǝn gün azalan qasırğa, saatdakı sürəti 160 kilometrǝ qǝdǝr çatan küləyə səbəb olub. Bǝzi bölgǝlǝrdǝ ǝhalinin evakuasiya edildiyi bildirilir.
Cənubi Karolina valisi Nikki Haley bildirib ki, əyalətdəki leysan yağışları Congraree çayının 1936-ci ildən bu yana ən yüksək səviyyəsinə çataraq Columbianın cənubunda daşqına sǝbǝb olub.
Şimali Karolina, New Jersey və Virginia qubernatorları da əyalətdǝ fövqǝladǝ vǝziyyǝt elan ediblǝr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr