Suriyadakı təlim proqramına yeni qüvvələr alınmayacaq

ABŞ rəhbərliyi Suriyada müxalifətin təlimini nəzərdə tutan təlim -təchis proqramına yeni qüvvələr almağı dayandırıb.

385670
Suriyadakı təlim proqramına yeni qüvvələr  alınmayacaq

ABŞ Müdafiə Nazirliyi Pentaqon Sözçüsü Piter Kuk, Suriyalı müxalifətin təliminin davam etdiyini ifadə edərək, proqrama yeni iştirakçı daxil etməmə qərarına gəldiklərini bildirib.
Proqrama daha əvvəl müəyyənləşdirilmiş potensiyal qüvvələri dəyərləndirməyə davam etdiklərini bildirən Kuk, ‘‘Proqrama yeni qüvvələr alınmayacak’’ deyib.
Qeyd edək ki, Vaşinqton aralarında Türkiyənin də olduğu bölgə ölkələri ilə əməkdaşlıq edərək adı keçən proqram çərçivəsində 15 min döyüşcüdən ordu yaradılmasını hədəfləyirdi.
Ancaq proqramın 6 aylıq fəaliyyəti ərzində yalnız 54 nəfər təlim almışdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr