Yəhudilər və fələstinlilər yenə Əqsa məscidini paylaşa bilmir

Sukot bayramını bəhanə edərək yaşı 50-dən aşağı olan müsəlman kişilərin Əqsa məscidinə girişinə İsrailin qadağası sürməkdədir.

385490
Yəhudilər və fələstinlilər yenə Əqsa məscidini paylaşa bilmir

  40 gəlmə (mühacir) yəhudi səhər-səhər İsrail polisinin müşayətilə Əqsa məscidinin həyətinə girib. Qapıda toplanan fələstinlilər onların gəlişini “pozuntu” adlandıraraq etiraz ediblər. Əqsa məscidinin ətrafına çox sayda polis gətirilib.

  Xatırladaq ki, Əqsa məscidinin həyətinə bazar ertəsi günü də girən İsrail polisi camaatdan çölə çıxmasını istəmiş, bunu rədd edən fələstinli gənclər, əksinə, məscidin içinə girərək etiraz etmişdilər. Buna qarşılıq olaraq İsrail polisi fələstinlilərə gözyaşardıcı qaz və plastik güllələrlə müdaxilə etmiş, Əqsanın damına çıxmışdılar. Qarşıdurmalarda 16 fələstinli yaralanmış, 2-si isə həbs olunmuşdu.

  Qeyd edək ki, İsrail Əqsa məscidinin də daxil olduğu Şərqi Qüdsü 1967-ci ildən bəri işğal altında saxlayır.

  Digər tərəfdən, İsrailin yəhudi bayramları vaxtı bağladığı Qəzza zolağının tək ticarət sərhəd qapısı olan Kerm Əbu Salim 7 gün fasilədən sonra təkrar açılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr