Vladimir Putin Amerikanın CBS telekanalına açıqlama verib

“Rusiya Suriyaya hərbi əməliyyatlarda iştirak etmək üçün əsgər göndərməyəcək”

385431
Vladimir Putin Amerikanın CBS telekanalına açıqlama verib

Rusiya Dövlət Başçısı Vladimir Putin, ölkəsinin Suriyayaya hərbi əməliyyatlarda iştirak üçün əsgər göndərmə planının hələki olmadığını bildirib.

ABŞ prezidenti Barak Obama ilə görüşündən əvvəl Amerikanın CBS telekanalına açıqlama verən Putin, Rusiyanın Suriyadakı hərbi qüvvəsinin məqsədinin Əsəd hökumətini terrorçulardan qorumaq olduğunu söyləyib. Putin, Rus əsgərlərinin, Suriyada və ya başqa bir ölkənin ərazisində hələlik heç bir əməliyyatda iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, Rusiya son günlərdə Suriyadakı hərbi qüvvəsini artırır, Vaşinqton rəhbərliyi isə Rusiyanı Suriya ordusuna tank və digər ağır hərbi sursat göndərməkdə günahlandırır.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr