Vladimir Putin Benyamin Netenyahu ilə görüşüb

Görüşdə Rusiyanın Suriya hökumətinə göndərdiyi hərbi yardımlar müzakirə olunub.

352724
Vladimir Putin Benyamin Netenyahu ilə görüşüb

Görüşdə Rusiyanın Suriya hökumətinə göndərdiyi hərbi yardımlar müzakirə olunub.
Rusiya prezidenti Vladimir Putin, Suriyanın İsrailə qarşı yeni bir cəbhə açmaq iqtidarında olmadığını bildirib.
Moskvada İsrail Baş naziri Binyamin Netanyahu Rusiyanın Suriya hökumətinə göndərdiyi hərbi yardımları haqqında Vladimir Putinlə danışıb.
Görüşdən sonra açıqlama verən Benyamin Netanyahu Orta Şərqdə sabitliyin təmin edilməsində hər iki ölkənin ortaq maraqları olduğunu qeyd edib.
Vladimir Putin isə ölkəsinin Orta Şərqdəki siyasətinin İsrail üçün təhlükə olmadığını bildirib. “İsraildə keçmiş Sovet İttifaqı ölkələrindən insanlar da yaşayır. Bu da ölkələrimiz arasındakı əlaqələrə ayrı bir xüsusiyyət verir. Bu səbəblə də Rusiya Orta Şərqdəki addımlarına məsuliyyətlə yanaşır” deyə Rusiya prezidenti qeyd edib. Suriya hökumətinin İsraili hədəf almadığını da ifadə edən Putin, “Suriya ordusunun məqsədi ikinci cəbhə açmaq deyil, öz ölkəsini xilas etməkdir”deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr