Papa, Kuba və ABŞ-nı ǝhatǝ edǝn səfərinə başlayıb

Katolik alǝminin Ruhani Lideri Papa Fransisk Kuba vǝ ABŞ-ı ǝhatǝ edǝn 9 günlük sǝfǝrinǝ başlayıb.

390625
Papa,  Kuba və ABŞ-nı  ǝhatǝ   edǝn  səfərinə başlayıb

Papa Fransiskin ilk dayanacağı olan Kubada, Dövlǝt Başçısı Raul Kastro tǝrǝfindǝn rǝsmi mǝrasimlǝ qarşılanıb.
Papa paytaxt Havanada verdiyi ilk  açıqlamada, 54 ildǝn sonra qarşılıqlı sǝfirliklǝr açan Kuba vǝ ABŞ-nın bütün dünyaya sülh mesajları verdiklǝrini bildirib.
Qeyd edǝk ki, Kubada 4 gün qalacaq olan Papa Kubanın ǝfsanǝvi lideri Fidel Kastro ilǝ dǝ bir araya gǝlǝcǝk.
Papanın növbəti dayanacağı isə Amerika Birləşmiş Ştatları olacaq.
Nyu Yorkdakı Birlǝşmiş Millǝtlǝr Mǝrkǝz binasını ziyarǝt edǝcǝk olan ruhani lider, Ümum Şurada dövlǝt vǝ hökumǝt başçılarına müraciǝt edǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr