Avropa qaçqın böhranından çıxılmaz vəziyyətə düşüb

Şiddət və yoxsulluqdan qaçmaq üçün yollara düşən immiqrantlar Avropada bir ölkənin qapısını bağlı görüncə o biri sərhədə qaçır.

351687
Avropa qaçqın böhranından çıxılmaz vəziyyətə düşüb

  Sloveniya sərhədinə yığılan immiqrantlar polis səddini aşmağa çalışıb. Polislər isə aralarında uşaqların da olduğu qaçqınları dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

  Sloveniya immiqrantların şimali Avropaya keçidini təmin etmək üçün etibarlı dəhlizlər yaradır.

  Üç gün içində təxminən 17 min qaçqının daxil olduğu Xorvatiya da artıq minlərlə immiqrantı şimal sərhədinə göndərir və artıq qapılarını bağlayıb. Sloveniya və Macarıstan da ölkə sərhədlərinə dəmir divarlar çəkirlər.

  Gün-gündən dərinləşən immiqrant böhranını həll etməkdə çətinlik çəkən Avropa İttifaqı gələn həftə sözü gedən məsələ ilə bağlı iki toplantı edəcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr