ABŞ-da meşə yanğınları 3 ayda 800 ev-eşik yandırıb

Amerika Birləşmiş Ştatlarının Kaliforniya əyalətində keçən həftə başlanan yanğından sonra 3 adamın yanmış cəsədi tapılıb.

389022
ABŞ-da meşə yanğınları 3 ayda 800 ev-eşik yandırıb

  Ölənlərdən ikisinin evlərini tərk etmək istəmədikləri üçün evləri birlikdə yandığı məlum olub.

  Cəsədlərdən biri 66 yaşlı bir kişiyə, digəri isə yaşlı əngəlli bir qadına aiddir. Üçünçü cəsədin şəxsiyyətini təyinetmə işləri davam edir.

  Hələ çox sayda itkin olduğunu söyləyən səlahiyyətlilər ölü sayının arta biləcəyindən narahatlıqlarını dilə gətiriblər.

  Qeyd edək ki, iyul ayından bu yana fasilələrlə çıxan meşə yanğınları 800-dən artıq ev və iş yerlərinin yanmasına səbəb olub, 23 min adam isə evini boşaldaraq bölgədən evakuasiya edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr