Suriyalı uşaq Ayla və qardaşını karikaturaya hədəf seçdilər

Etdiyi provokasiya yazıları üzündən yanvar ayında terror hücumuna belə hədəf olan Fransa həftəlik yumor jurnalı “Charlie Hebdo” son sayında Bodrumda suyun sahilə vurduğu suriyalı uşaq Aylanı karikaturaya hədəf seçib.

350156
Suriyalı uşaq Ayla və qardaşını karikaturaya hədəf seçdilər

  Jurnalın arxa səhifələrində yer alan və Aylanın bədəninin sahilə vurmasının təsvir edildiyi karikaturada "Hədəfə çox yaxınlaşmışdı" yazır. Eyni zamanda, jurnal Aylanla birlikdə eyni yerdə həyatını itirən böyük qardaşı 5 yaşlı Qalibi də təsvir edərək "İki uşaq menyusu tək menyu qiymətinə" yazılı bir restoran reklamı lövhəsi şəklini verib.

  Başqa bir karikaturada isə uşağın cansız bədəni dənizdə yarı batıq vəziyyətdə, İsa isə dəniz üzərində ayaqüstündə təsvir edilir. Haşiyələrdə yazılır: "Xristianlar su üstündə gəzir, müsəlmanlar isə batır".

  İctimai media böyük reaksiya göstərərək karikaturada təsvir edilən suriyalı uşaq Aylanın vəziyyətinin lağa qoyulmasını tənqid edib, karikaturanı "provokatif" adlandırıb, şəkillərinin mətbuat azadlığı sərhədini aşdığını və nifrət günahına girdiyini yazıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr