Yəmən hökuməti Husilər ilə birbaşa müzakirəyə qatılmağı qəbul ed

Hadinin rəhbərliyi ilə Baş nazir Xalid Bahhah və bir çox səlahiyyətlinin Yəmən hökumətinin müvəqqəti qərargahı Səudiyyə Ərəbistanının paytaxtı Riyadda yığıncaq təşkil edib.

377926
Yəmən hökuməti Husilər ilə birbaşa müzakirəyə qatılmağı qəbul ed

Yəmən hökuməti Husilər ilə birbaşa müzakirəyə qatılmağı qəbul edib.
Məlumata görə prezident Abdurabbu Mansur Hadinin rəhbərliyi ilə Baş nazir Xalid Bahhah və bir çox səlahiyyətlinin Yəmən hökumətinin müvəqqəti qərargahı Səudiyyə Ərəbistanının paytaxtı Riyadda yığıncaq təşkil edib.
Yığıncaqda, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının "2216 saylı" qərarına əsasən Hadi tərəfdarlarının, Husilər ilə birbaşa müzakirələrə qoşulma qərarı verilib. Toplantıda vasitəçi kimi iştirak edən Birləşmiş Millətlər Təşkilatının Yəmən xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhmədin də qərara tam dəstək verdiyi bildirilir.
Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurasının Aprel ayında qəbul etdiyi 2216 nömrǝli qərarda, Husilər ilə Salih tərəfdarlarından hücumlarına və vətəndaşları öldürməyə son verib şəhərlərdən geri çəkilmələri tələb edilir.

Bu arada Səudiyə Ərəbistanının başçılığındakı koalisiya qüvvələrinin Yəmənin paytaxtı Sanada davam etdirdiyi hava əməliyyatlarında daha əvvəl Husilər tərəfindən ələ keçirilən və silah anbarı olaraq istifadə edildiyi irəli sürülən dövlə televiziya binası ətrafındakı hədəflər vurulub.

Bölgədə baş verən güclü partlayışlar binanın silah anbarı kimi istifadə edildiyinə dair iddiaları gücləndirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr