İrlandiya 2 min 900 qaçqını qəbul edəcək

Fransız Xəbər Agentliyi AFP İrlandiya Ədliyyə Naziri Frances Fitzgeraldın verdiyi açıqlama haqqında məlumat yayıb.

386168
İrlandiya 2 min 900 qaçqını qəbul edəcək

Nazirin açıqlamasında İrlandiyanın 2 min 900 qaçqını qəbul edərək Avropa Komissiyası tərəfindən çərşənbə günü təklif olunan qaçqın qəbul planına öz arzusu ilə qatılmağı qəbul etdiyini bildirib.
Xəbərdə İrlandiya Nazirinin: "İrlandiya humanitar öhdəliklərinə hər zaman riayət etmişdir və Avropadakı qaçqın böhranının həllində üzərimizə düşən rolu oynamağa hazırıq" ifadələrinə də yer verilib.
Daha əvvəl İrlandiya il ərzində 600 qaçqını qəbul etməyi nəzərdə tutmuşdu.
520 qaçqın isə bir başqa proqram çərçivəsində qəbul edilmişdi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr