Bu gün 11 Sentyabr hadisələrinin ildönümüdür

Bu gün qlobal terrorun sivil insanları məhv etdiyi ən böyük hadisələrindən birinin ildönümüdür.

377942
Bu gün 11 Sentyabr hadisələrinin ildönümüdür

11 sentyabr 2001-ci ildə Amerika Bİrləşmiş Ştatlarında  terrorçular tərəfindən qaçırılan iki sərnişin təyyarəsinin New Yorkda Ticarət Mərkəzi binalarına çırpılması nəticəsində 3 minə yaxın insan həyatını itirmişdi.

Bununla bərabər, terrorçular tərəfindən biri Ağ Saray, digəri ABŞ Müdafiə Nazirliyi Pentaqona doğru istiqamətləndirilmiş təyyarələrdən birinin Pentaqona düşürüldüyü, digərinin Ağ saraya çatmadan vurulduğu iddia edilmişdi.

Hücumlara görə məsuliyyəti terror təşkilatı Əl-Qaidə öz üzərinə götürmüşdü.

New York, Washington və Pensilvanyadakı hüçumlarda 19 hava piratı öldü.

Bütün dünyada təhlükəsizlik qaydaları ağırlaşdırıldı.

Hücumlardan 1 ay sonra Amerika Birləşmiş Ştatları Əfqanıstanı işğal etdi.

NATO tarixində ilk dəfə "Müttəfiqlərdən birinə edilən hücum ittifaqa edilmiş hücum olaraq qəbul olunur" ifadəsinin işlənildiyi 5-ci maddəni tətbiq etdi.

Daha sonra NATO Beynəlxalq Təhlükəsizlik və Yardım Qüvvələri (İSAF) Əfqanıstanda əməliyyatlara başladı.

Çünki 11 Sentyabr hadisələrinin səbəbkarı terror təşkilatı Əl-Qaidanın o zamankı lideri Usame bin Ladin idi və o, Əfqanıstanda gizlənirdi.

2003-cü ildə ABŞ "İraq azadlığı" adı altında İraqı işğal etdi.

Bütün bunlar Washingtonun "yeni dünya düzəni" adı altında həyata keçirdiyi işğal və müharibələr üçün qanuniliyi təmin etdi. 

11Sentyabr hücumlarından sonra Amerika Birləşmiş Ştatlarının o zamankı prezidenti George W. Bushun elan etdiyi terrorizmlə mübarizə bütün dünyanı, xüsusilə də, İslam coğrafiyasını silkələdi.

11 Sentyabr hadisələrindən 4 ay sonra, 2002-ci ildə Guantanamoda  açılan  məhbəsə atılanların hamısı müsəlman idi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr