Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının növbǝti zirvə yığıncağı

Yığıncaqda Türkiyəni Böyük Millət Məclisinin sədri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

376944
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının növbǝti zirvə yığıncağı

Türkiyə Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında deyilir. “İnformasiya və media sahəsində əməkdaşlıq” mövzusu üzrə keçiriləcək toplantıda media və kommunikasiya sahələrində sürətli inkişafın beynəlxalq münasibətlərə təsiri, ortaq tarixi-mədəni dəyərlərə sahib ölkələr arasında məlumat mübadiləsinin artırılması kimi önəmli məsələlər müzakirə olunacaq.
Dövlət başçılarının zirvə görüşündən öncə keçiriləcək Xarici İşlər Nazirləri Şurasında isə Türkiyəni nazir Firudin Sinirlioğlu təmsil edəcək.
Məlumata görə, həm zirvə toplantısında, həm də sammit çərçivəsində türk respublikaları arasında strateji əməkdaşlıq məsələləri üzrə əlaqələrin genişləndirilməsi, Avrasiya regionuna birbaşa aid olan regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparılması nəzərdə tutulur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr