BMT, NATO və ABŞ terror hücumlarını lənətlədilər

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Mun Türkiyədə təhlükəsizlik qüvvələrinə edilən hücumları lənətləyərək hökumətə və Türk xalqına başsağlığı verdi.

376662
BMT, NATO və ABŞ terror hücumlarını lənətlədilər

BMT Baş Katibliyindən verilən yazılı açıqlamaya görə, Pan Gi Mun Türkiyədə artan zorakılıq hadisələri ilə əlaqədar narahatlığını dilə gətirib.

Zorakılığın artırılmaması çağırışını edən Baş Katib hücumların bölgə üzərindəki mümkün təsirini nə qeyd edərək vəziyyəti yaxından izləməyə davam edəcəyini bildirib.

Terror təşkilatı PKK-nın törətdiyi xain hücumlara NATO-dan da reaksiya gəldi.

NATO Baş Katibi Jens Stoltenberq  Hakkarinin Dağlıca bölgəsi və İğdırdakı terror hücumlarını şiddətlə qınayaraq, Türk hökumətinə və həyatını itirən əsgər və polislərin ailələrinə başsağlığı verib.

Terrorizmin "heç bir əsası ola bilməz" ifadəsini işlədən Stoltenberq, NATO-nun, müttəfiq Türkiyənin hökuməti və xalqı ilə həmrəylik içində olduğunu vurğulayıb.

Amerika Birləşmiş Ştatları da, Türk təhlükəsizlik əməkdaşlarına qarşı hücumlara laqeyd qalmayıb.

Ağ Ev, Dövlət Departamenti, və Müdafiə Nazirliyi Pentaqon birgə mövqe nümayiş etdirərək hücumları qınayıblar.

Ağ Ev Sözçüsü Josh Earnest Amerika Birləşmiş Ştatlarının, müttəfiqi Türkiyənin yanında olduğunu xatırladaraq, Türkiyənin özünü müdafiə haqqı olduğu fikrini bir daha təkrarlayıb.

Türkiyə ilə terror təşkilatı PKK-nın dinc həllə nail olmağa yönəlmiş poresesə qayıtmasının əhəmiyyətini vurğulayan Earnest, Türkiyənin DEAŞ ilə mübarizə çərçivəsindəki dəstəyindən duyduğu məmnuniyyəti dilə gətirib.

ABŞ Dövlət Departamenti sözçüsü John Kirby də: ” Türkiyənin, hər bir ölkə kimi terror hücumlarına qarşı özünü qorumaq hüququ olduğunu anlayırıq və onların bunu mütənasib surətdə inkişaf etməsini istəyirik " deyə danışıb.

Hücumlarda şəhid olan əsgərlərin ailələrinə başsağlığı verən Müdafiə Nazirliyi Pentaqon Sözçüsü Peter Cook isə: "Çox sayda Türk təhlükəsizlik qüvvəsi əməkdaşının həyatını itirməsinə səbəb olan PKK-nın terror hücumlarını qəti şəkildə qınayırıq" deyib.

Peter Cook da Türkiyənin, terror təşkilatı PKK-ya qarşı İraqın şimalında əməliyyatları ilə bağlı özünü müdafiə etmək haqqı olduğu fikrini təkrar edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr