ABŞ Rusiyanın Suriya rejiminə dəstəyindən narahatdır

Moskva rəhbərliyinin Suriya rejiminə dəstək üçün bu ölkəyə təyyarə göndərmə qərarı ilə əlaqədar xəbərlər Vaşinqton rəhbərliyini narahat edir.

376669
ABŞ Rusiyanın Suriya rejiminə dəstəyindən narahatdır

 Vaşinqtona görə, Rusiyanın Suriya rejiminə dəstəyi təhlükəli bir addımdır.

Ağ Ev Sözçüsü Josh Earnest Rusiyanın bu istiqamətdə atdığı addımların Suriyadakı toqquşmaları alovlandıra biləcəyi ilə əlaqədar narahatlığını ifadə edib.

Bu vəziyyətin daha çox suriyalının həyatını itirməsinə səbəb ola biləcəyinə diqqət çəkən Earnest, qaçqın axınının daha da artacağı ehtimalını qeyd edib.

Earnest DEAŞ ilə mübarizə edən koalisiya ilə münaqişə riskinə də toxunub.

ABŞ Dövlət Departamentinin sözçüsü Jhon Kirby də:" Rusiyanın Suriyadakı qarşıdurmalar məsələsində edə biləcəyi ən konstruktiv addım, Əsədə yardımını və onu cəsarətləndirməyi dayandırmaq olar" deyə danışıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr