Obamadan ABŞ zəhmətkeşlərinə müjdəli xəbər

Amerika Birləşmiş Ştatlarının milli bayramlarından olan Əmək Günü hər il sentyabr ayının birinci bazar ertəsində qeyd olunur.

376179
Obamadan ABŞ zəhmətkeşlərinə müjdəli xəbər

Bu il Əmək günündə prezident Barak Obamadan ölkə zəhmətkeşlərinə əmək hüququ ilə əlaqədar müjdəli xəbər gəldi.
Bundan sonra podratçı şirkətlər öz əməkdaşlarına ildə 7 gün ödənişli xəstəlik icazəsi verməlidirlər.
Yeni əmək hüququ tənzimlənməsini Bostonda qatıldığı həmkarlar ittifaqı yığıncağında açıqlayan Obama konqresi də özəl sektorda ödənişli xəstəlik icazəsini nəzərdə tutan qanun qəbul etməyə çağırdı.
Obama tənzimlənməyə qarşı çıxan Respublikaçıları də zəhmətkeşlərə qarşı daimi savaş vəziyyətində olmaqla günahlandırdı.
Ödənişli xəstəlik icazəsi zəhmətkeşlərlə bərabər, ailə üzvlərinin xəstələndiyi hallar üçün də keçərli olacaq.
2017-ci ildə tətbiq olunmağa başlayacaq əmək hüququ tənzimlənməsindən 300 min zəhmətkeşin faydalanması gözlənilir.
Ölkədə özəl sektor işçilərinin 40 %-ni təşkil edən 44 milyon insanın ödənişli xəstəlik hüququ yoxdur.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr